Reklam
Reklam
Reklam

ADY Naxçıvan MR-də yeni dəmir yolu xəttini tikir: Layihə Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını artıracaq

AZCON Holding şirkətlərindən olan ADY Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.

ADY-dən PostNews-a verilən məlumata görə, yeni xəttin uzunluğu 194,1 km təşkil edir və onun boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bunlar arasında 29 körpü, 4 tunel və 12 qalereya yer alır.

Tikinti layihəsi Zəngəzur dəhlizinə qoşulacaq. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa quru əlaqəsini təmin edəcək və həmçinin Orta Dəhliz ilə Şimal-Cənub nəqliyyat marşrutunun mühüm seqmenti kimi fəaliyyət göstərəcək.

Layihə tamamlandıqdan sonra Azərbaycan dəmir yolu infrastrukturu Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını artıracaq, ölkənin regional nəqliyyat və logistika potensialını gücləndirəcək.

Paylaş: