2025-ci ilin sonuna Azərbaycanda geniş mənada pul kütləsinin həcmi (M3 aqreqatı) 49,860 milyard manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,365 milyard manat və ya 7,2% artım deməkdir.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla pul kütləsinin həcmi (M2 aqreqatı) 40,393 milyard manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,741 milyard manat və ya 10,2% çoxdur.
Hesabat dövründə M1 pul aqreqatının həcmi 32,183 milyard manat təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,536 milyard manat və ya 8,6% artıb.
31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3,486 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə, ilin əvvəli ilə müqayisədə isə 8% və ya 2,026 nəfər artıb.
2025-ci ilin sonuna olan vəziyyətə görə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat təşkil edib.
