Azərbaycanın sığorta bazarı böyüyüb

Mətn Ölçüsü

Azərbaycanda sığorta bazarında artım davam edir.

PostNews Azərbaycanın Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 1 milyard 505 milyon manat sığorta haqqı yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çoxdur, məlumatı

Hesabat dövründə sığorta ödənişlərinin həcmi 920,4 milyon manat təşkil edib və illik ifadədə 22,3% artım müşahidə olunub.

Həyat sığortası üzrə göstəricilər diqqət çəkir: 2025-ci ildə 642,9 milyon manat sığorta haqqı toplanıb, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur. Bunun 637 milyon manatı könüllü, 5,9 milyon manatı isə icbari həyat sığortasının payına düşür.

Qeyri-həyat sığortası üzrə ödənişlər 277,5 milyon manat təşkil edib, illik artım 3% olub. Burada könüllü sığorta növləri üzrə ödənişlər 136,9 milyon manat, icbari sığorta növləri üzrə isə 140,6 milyon manat olub.

Ekspertlər qeyd edir ki, həyat sığortası növlərindəki sürətli artım bazarın inkişafının və vətəndaşların sığorta məhsullarına marağının artdığını göstərir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti