Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə 60,031 milyard ABŞ dolları və ya 102,053 milyard manat təşkil edib.
PostNews ARDNF-yə istinadən xəbər verir ki, Fondun aktivləri 2025-ci il dekabrın 31-nə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73,541 milyard ABŞ dollarına və ya 125,020 milyard manata çatıb.
Məlumata görə, 2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37,594 milyard manat təşkil edib. Hesabat dövründə Fondun:
- büdcə gəlirləri – 17,160 milyard manat,
- valyuta məzənnələrinin və qızıl qiymətlərinin dəyişməsi nəticəsində formalaşan büdcədənkənar gəlirləri – 20,434 milyard manat olub.
Eyni zamanda, 2025-ci il üzrə ARDNF-nin büdcə xərcləri 14,627 milyard manat səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, Dövlət Neft Fondunun aktivlərindəki artım qlobal maliyyə bazarlarında əlverişli qiymət konyunkturası və investisiya portfelinin gəlirliliyinin yüksəlməsi ilə əlaqələndirilir.

