“Finans Kredit” və “SF Azerbaijan” MMC rəhbərlərinə AMB tərəfindən cərimə

Mətn Ölçüsü

PostNews – Azərbaycan Mərkəzi Bankı (AMB) cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun və Kredit təşkilatlarının borcalanları barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi qaydalarının pozulması səbəbi ilə “Finans Kredit” və “SF Azerbaijan” MMC-lərin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

AMB məlumatına görə:

  • “Finans Kredit” MMC vəzifəli şəxsi 1 500 manat cərimə olunub.
  • “SF Azerbaijan” MMC vəzifəli şəxsi 2 000 manat cərimə edilib.

Qeyd edilir ki, bu tədbirlər İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsi və müvafiq qanunvericilik normalarına əsasən həyata keçirilib. AMB bu cür tədbirlərin bank olmayan kredit təşkilatlarında qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsinə xidmət etdiyini vurğulayıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti