2025-ci ilin yanvar-noyabrında Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracını 41,4% artırıb

Mətn Ölçüsü

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 594,193 milyon kVt/saat elektrik enerjisi ixrac edilib, bu ixracdan təxminən 36,045 milyon ABŞ dolları gəlir əldə olunub.

PostNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Türkiyəyə elektrik enerjisi ixracı həcm ifadəsində 174,008 milyon kVt/saat və ya 41,4%, dəyər ifadəsində isə 9,3 milyon ABŞ dolları və ya 34,9% artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edib, bunun dəyəri 69,7 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib, dəyəri isə 7,2 milyon ABŞ dolları olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti