2025-ci ildə Azərbaycandan Yunanıstana 367,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 702,4 min ton xam neft və neft məhsulları ixrac edilib.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 143,4 milyon ABŞ dolları və ya 1,6 dəfə, fiziki həcm baxımından isə 333,7 min ton və ya 1,9 dəfə artım deməkdir.
Hesabat dövründə Yunanıstan Azərbaycandan ən çox neft idxal edən ölkələr sırasında 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2% azalsa da, fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

