2025-ci ildə Azərbaycan 12,1 milyard dollardan çox xam neft və neft məhsulları ixrac edib - SİYAHI

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycan 12,1 milyard ABŞ dollarından çox dəyərində təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.

PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin analoji dövrü ilə müqayisədə pul ifadəsində göstərici 2,3 milyard dollar və ya 16,2% azalıb, həcm ifadəsində isə 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Yanvar–noyabr aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında ilk üçlükdə İtaliya lider mövqedə qərarlaşıb. Hesabat dövründə İtaliyaya 13,1 milyon ton neft və neft məhsulları ixrac olunub və bunun dəyəri 6,7 milyard dollar təşkil edib.

İlk üçlüyü Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox) tamamlayıb.

2025-ci ildə Azərbaycandan xam neft və neft məhsullarının ən böyük 10 idxalçısı

Ölkə İdxal həcmi (ton) İdxal məbləği (ABŞ dolları)
İtaliya 13 111 475,61 6 727 698 250
Çexiya 1 405 059,25 742 159 080
Xorvatiya 1 255 021,16 666 587 010
Rumıniya 1 122 055,58 598 454 150
Almaniya 956 716,48 502 018 650
Portuqaliya 803 374,35 430 730 820
Yunanıstan 702 354,87 367 729 040
Böyük Britaniya 648 255,19 336 954 560
İrlandiya 577 056,93 289 696 230
Tunis 432 028,56 227 895 520

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç əsas boru kəməri ilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–SupsaBakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə daşınma dayandırılıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti