2025-ci ildə Azərbaycandan Almaniyaya neft ixracı 30,9% azalıb

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycandan Almaniyaya 502 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 956,7 min ton xam neft və neft məhsulları ixrac olunub.

PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 224 milyon dollar və ya 30,9%, həcm baxımından isə 208,3 min ton və ya 17,9% azalma deməkdir.

Belə ki, 2024-cü ildə Azərbaycandan Almaniyaya 726 milyon ABŞ dolları dəyərində 1,165 milyon ton neft və neft məhsulları ixrac edilmişdi.

Hesabat dövründə Almaniya Azərbaycanın neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında 5-ci yerdə qərarlaşıb.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton məhsul ixrac olunub. Bu ixracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, 2024-cü illə müqayisədə ixracın dəyəri 2,4 milyard dollar və ya 16,2% azalsa da, fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti