2025-ci ildə Azərbaycanla Rusiya arasında ticarət həcmi 4,92 milyard dollar olub

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,920 milyard ABŞ dolları təşkil edib.

PostNews Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 120,4 milyon dollar və ya 2,5% artım deməkdir.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarətinin 10,08%-ni təşkil edib və beləliklə Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan Rusiyaya 1,184 milyard dollar dəyərində məhsul ixrac olunub, bunun 1,174 milyard dolları qeyri-neft məhsullarının payına düşüb. Bu, illik müqayisədə 12,4 milyon dollar və ya 1,1% artım deməkdir və Rusiyanı Azərbaycanın ən böyük qeyri-neft məhsulları alıcısı halına gətirib.

Eyni zamanda Rusiyadan Azərbaycana 3,736 milyard dollar dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da 115 milyon dollar və ya 3,2% artım deməkdir. Hesabat dövründə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr arasında ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan ümumi xarici ticarət dövriyyəsi 49,423 milyard dollar təşkil edib. Bunun 25,043 milyard dolları ixrac, 24,380 milyard dolları idxal payına düşüb. Son il ərzində ixrac 1,5 milyard dollar azalmış, idxal isə 3,322 milyard dollar artmışdır.

Nəticədə 2025-ci ildə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da əvvəlki ilə müqayisədə 8,3 dəfə azdır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti