İpoteka və Kredit Zəmanət Fondu 2025-ci ildə 4309 ipoteka krediti verib

Mətn Ölçüsü

PostNews xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir.

Fondun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, 2025-ci ildə Fond əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.

Hesabata əsasən, Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 442,8 milyon manat həcmində 4309 ipoteka krediti verilib, bunlardan:

  • 3153 adi ipoteka krediti (347,2 milyon manat),

  • 1156 güzəştli ipoteka krediti (95,6 milyon manat).

Ümumilikdə, 2006–2025-ci illərdə Fondun vasitəsilə verilən ipoteka kreditlərinin məbləği 3,76 milyard manatı keçib, bu da 56 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan yaradıb.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 yanvar 2026-cı il tarixinə Fond tərəfindən 1490 ipoteka krediti üzrə 139,9 milyon manat məbləğində zəmanət verilib.

Məlumata görə, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edir, kreditlərin təxminən 22%-i isə regionlarda yerləşən vətəndaşlara yönəldilib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti