2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,684 milyard manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. PostNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 21,3% çoxdur.
Məlumata əsasən, sözügedən məhsullar üzrə pərakəndə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.
Qeyd olunur ki, 2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 67,6 milyard manat dəyərində məhsul satılıb. Bu məbləğin 36,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 30,7 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,8% artım göstərib.

