2025-ci ildə Azərbaycanda 2,549 milyon ton qazoyl (dizel yanacağı) istehsal edilib.
PostNews xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz çoxdur.
2025-ci ilin yanvarın 1-i vəziyyətinə hazır məhsul ehtiyatları 138,2 min ton təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 5,532,3 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz artım deməkdir.
Neft məhsulları üzrə istehsalda isə dəyişikliklər belə olub: mazut istehsalı 2,2 dəfə artıb, neft koksu 31,3 faiz, qazoyllar (dizel yanacağı) 22,9 faiz, ağ neft 22,9 faiz artıb. Eyni zamanda, neft bitumu istehsalı 2,1 faiz, sürtgü yağlarının istehsalı isə 48,2 faiz azalıb.

