2025-ci il Azərbaycanda mənzil bazarında bahalaşma müşahidə olunub.
PostNews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin III rübü ilə müqayisədə 103,1 faiz təşkil edib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymət indeksi 104,3 faiz, təkrar mənzil bazarı üzrə isə 103,0 faiz olub.
Eyni zamanda, 2025-ci ilin IV rübündə mənzil qiymətləri 2024-cü ilin IV rübü ilə müqayisədə 110,6 faiz artıb. Ümumilikdə isə 2025-ci ilin yanvar–dekabr aylarında mənzil bazarında qiymət artımı 2024-cü ilin müvafiq dövrünə nisbətən 112,2 faiz səviyyəsində qeydə alınıb.
