Dövlət Statistika Komitəsi bildirib ki, ilkin məlumatlara görə, 2025-ci ildə ölkə əhalisinin nominal gəlirləri 2024-cü ilə nisbətən 8,0 faiz artaraq 89916,0 milyon manat, və ya hər nəfərə orta hesabla 8777,6 manat təşkil edib.
PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirlər 79945,3 milyon manat təşkil edib.

