Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 01.01.2026-cı il tarixinədək 26 014 nəfər keçmiş məcburi köçkün azad edilmiş ərazilərə geri qayıdıb.
PostNews xəbər verir ki, bu göstəricilər Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar–dekabr aylarını əhatə edən makroiqtisadi və sosial inkişaf hesabatında yer alıb.
Məlumata əsasən, hazırda işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73 514 nəfər təşkil edir. Böyük Qayıdış proqramı çərçivəsində köçürülmə, infrastrukturun qurulması və sosial xidmətlərin təşkili mərhələli şəkildə davam etdirilir.
