İşğaldan azad edilmiş ərazilərdə yaşayanların sayı 73,5 mini keçib

Mətn Ölçüsü

Azərbaycanda əhalinin sayı artmaqda davam edir.

PostNews-un məlumatına görə, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə əsasən, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34 812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10 259 701 nəfərə çatıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 01.01.2026-cı il tarixinədək işğaldan azad edilmiş ərazilərə 26 014 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73 514 nəfər təşkil edib.

Statistik göstəricilərə əsasən, ölkə əhalisinin 54,4 faizi şəhər, 45,6 faizi kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti