2025-ci ildə Azərbaycanda əsas kapitala 21 226,1 milyon manat investisiya yönəldilib

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanda əsas kapitala 21 226,1 milyon manat məbləğində investisiya yönəldilib ki, bu 2024-cü illə müqayisədə 5,6 faiz azdır.

PostNews xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 10,3 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 3,9 faiz azalıb.

İstifadə olunmuş investisiyanın 10 972,1 milyon manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinə, 7 179,6 milyon manatı (33,8 faizi) xidmət sahələrinə, 3 074,4 milyon manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 17 023,0 milyon manatı və ya 80,2 faizi daxili investisiyalardan, 16 018,3 milyon manatı və ya 75,5 faizi isə bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti