Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812,6 manat olub

Mətn Ölçüsü

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 812,6 manat təşkil edib.

PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 5,2 faiz çoxdur.

Qeyd olunub ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, 2025-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,782 milyon nəfər olub. Onlardan 865,7 min nəfəri dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Həmçinin bildirilir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1 086,3 manat təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti