2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycandan elektrik enerjisinin ixracı 1,147 milyard kVt·st, idxalı isə 177,2 milyon kVt·st təşkil edib.
PostNews xəbər verir ki, məlumat Energetika Nazirliyinə istinadən yayımlanıb.
Məlumata görə, 2024-cü illə müqayisədə elektrik enerjisinin ixracı 250,2 milyon kVt·st (17,9%) azalıb, idxal isə 6,7 milyon kVt·st (0,9%) artıb.
Qeyd olunur ki, 2025-ci il üzrə Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt·st artaraq 28,657 milyard kVt·st təşkil edib, bu da 0,9% artım deməkdir.
Eyni zamanda, külək və günəş elektrik stansiyalarında 2024-cü illə müqayisədə 162,3 milyon kVt·st artımla 769,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

