2025-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalı 28 657,5 mln. kVt·st olub

Mətn Ölçüsü

2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt·st artaraq 28 657,5 mln. kVt·st təşkil edib, bu da 0,9 % artım deməkdir.

PostNews Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə elektrik enerjisi istehsalının bölgüsü belə olub:

  • İES-lərdə: 24,823 milyard kVt·st
  • SES-lərdə: 2,842 milyard kVt·st
  • Digər mənbələr üzrə: 991,6 milyon kVt·st
    • Külək elektrik stansiyaları: 169,7 milyon kVt·st

    • Günəş elektrik stansiyaları: 599,8 milyon kVt·st

    • Bərk Məişət Tullantılarının Yandırılması Zavodu: 222,1 milyon kVt·st

2024-cü illə müqayisədə, külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt·st artımla 769,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

2025-ci ildə elektrik enerjisinin istehsalının pay bölgüsü belə olub:

  • “Azərenerji” ASC: 25,592 milyard kVt·st
    • İES-lərdə: 22,704 milyard kVt·st

    • SES-lərdə: 2,827 milyard kVt·st

    • GES-lərdə: 61,1 mln. kVt·st

  • “Azərişıq” ASC: Külək elektrik stansiyalarında 27,0 milyon kVt·st
  • Müstəqil elektrik stansiyaları: 3,039 milyard kVt·st

Hesabat dövründə elektrik enerjisinin ixracı 1,147 milyard kVt·st, idxalı isə 177,2 milyon kVt·st təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti