Azərbaycan ilə Aİ ölkələri arasında ticarət dövriyyəsi 18,716 milyard dollar olub

Mətn Ölçüsü

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi 18,716 milyard ABŞ dolları təşkil edib.

PostNews Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 951,2 milyon dollar və ya 5,3% çoxdur.

Dövr ərzində Azərbaycanın Aİ-yə ixracı 16,2 milyard dollar (+6,1%), Aİ-dən idxalı isə 2,537 milyard dollar (+1%) olub. Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 69,14%, idxalda payı isə 11,97% təşkil edib.

Ən yüksək ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, İsveçrə və Çexiya ilə qeydə alınıb:

  • İtaliya: 11,243 milyard dollar (+9%)

  • Almaniya: 1,298 milyard dollar (−9%)

  • İsveçrə: 890,3 milyon dollar (2,1 dəfə çox)

  • Çexiya: 807,6 milyon dollar (−22,4%)

Ümumilikdə, yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard dollar dəyərində ticarət aparıb, bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.

Xarici ticarətin strukturu belə olub:

  • İxrac: 23,401 milyard dollar (son 1 ildə 937 milyon dollar və ya 3,8% azalma)

  • İdxal: 21,188 milyard dollar (son 1 ildə 2,416 milyard dollar və ya 12,9% artım)

Nəticədə, xarici ticarətdə 2,213 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti