“Instagram” 36,04% payla Azərbaycanda lider sosial şəbəkə olaraq qalır

Mətn Ölçüsü

2025-ci ilin dekabr ayında Azərbaycanda sosial şəbəkə istifadəsi üzrə lider platforma “Instagram” olub. İstifadəçilərin fəallığı əvvəlki aya nisbətən 10,19 faiz bəndi azalaraq 36,04% təşkil edib.

PostNews “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, ikinci yerdə “Facebook” qərarlaşıb; bu platformanın payı aylıq olaraq 6,79 faiz bəndi artaraq 17,47%-ə çatıb.

Üçüncü sırada “YouTube” dayanır — 28,63% istifadəçi payı ilə, əvvəlki aya nisbətən 2,41 faiz bəndi azalma göstərib.

Dördüncü yeri “Pinterest” tutub; yerli bazarda payı 3,08 faiz bəndi artaraq 8,78% olub.

Beşinci yer “X” media platformasına məxsusdur — 4,01%, aylıq müqayisədə 0,45 faiz bəndi azalma ilə.

Altıncı yerdə “LinkedIn” qərarlaşıb, istifadəçi payı 3,87%, əvvəlki aya nisbətən 2,73 faiz bəndi artım göstərib.

Digər sosial şəbəkələrin ümumi payı isə 1,20% təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti