“PostNews” – 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 728,4 ton duru bitki yağı istehsal edilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6% azalma deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə ölkədə 46 537,8 ton marqarin istehsal olunub və bu, illik müqayisədə 3,1% artım göstərir.
Dekabrın 1-nə Azərbaycanda 2 132,7 ton duru bitki yağı və 3 537,9 ton marqarin ehtiyatı mövcud olub ki, bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 41,3% və 5,6% azalma göstərir.
Hesabat dövründə ölkədə 4 592,8 milyon manatlıq qida məhsulları istehsal olunub ki, bu da illik müqayisədə 9,8% artım deməkdir.
