Reklam
Reklam
Reklam

Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

Mağaza və xidmət obyektlərində malların qiymətinin göstərilməməsi, qiymət cədvəllərinin və menyuların olmaması, eləcə də qiymətlərin xarici valyutada təqdim edilməsi sahibkarlar üçün 1 650 manatadək cərimə ilə nəticələnə bilər. Bu tələblər Azərbaycan qanunvericiliyində nəzərdə tutulub.

PostNews xəbər verir ki, qüvvədə olan qanunvericiliyə əsasən, satışda olan malların üzərində qiymət kağızlarının, göstərilən xidmət və ya işlər üçün isə qiymət cədvəllərinin və menyuların olmamasına, yaxud düzgün tərtib edilməməsinə görə 800 manatdan 1 000 manatadək cərimə tətbiq edilir.

Qiymətlərin manatla göstərilməsi məcburidir

Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində satılan malların, görülən işlərin və göstərilən xidmətlərin qiymətləri manatla ifadə olunmalıdır.

Qiymətlərin manatla göstərilməməsinə görə sahibkarlar 1 100 manatdan 1 650 manatadək cərimə oluna bilərlər.

Beləliklə, sahibkarlar satış və xidmət obyektlərində qiymət məlumatlarının aydın, düzgün və manatla təqdim edilməsinə diqqət yetirməlidirlər.

Paylaş: