Reklam
Reklam
Reklam

Böyük Qayıdış və investisiya layihələrinə 9 ayda 3,4 milyard manat xərclənib

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda investisiya yönümlü xərclər üzrə 7 milyard 284,7 milyon manat vəsait istifadə olunub. Bu məbləğin 1 milyard 761,4 milyon manatı Böyük Qayıdış Proqramına, 1 milyard 623,8 milyon manatı isə Dövlət İnvestisiya Proqramına yönəldilib.

PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin ilk 9 ayı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib.

Böyük Qayıdış Proqramı üzrə 1,76 milyard manat istifadə olunub

Hesabat dövründə Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 383 layihə həyata keçirilib və bu məqsədlə 1 milyard 761,4 milyon manat vəsait istifadə olunub.

Proqram çərçivəsində ən böyük maliyyə vəsaiti nəqliyyat və sosial sahələrə yönəldilib. Belə ki, nəqliyyat sektoruna 801,4 milyon manat, sosial sahəyə isə 692,5 milyon manat ayrılıb.

Bundan başqa, müdafiə və hüquq-mühafizə istiqamətində 94,6 milyon manat, digər sahələr üzrə 82,5 milyon manat, energetika və sənaye sahəsinə 65,9 milyon manat, su təsərrüfatı və meliorasiya işlərinə isə 24,5 milyon manat vəsait istifadə olunub.

Dövlət İnvestisiya Proqramı üzrə 309 layihə maliyyələşdirilib

2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət İnvestisiya Proqramı çərçivəsində 309 layihə üzrə 1 milyard 623,8 milyon manat vəsaitdən istifadə edilib.

Bu proqram üzrə də ən böyük maliyyə vəsaiti nəqliyyat sektoruna yönəldilib. Nəqliyyat layihələrinin maliyyələşdirilməsinə 714,4 milyon manat, su təsərrüfatı və meliorasiya sahəsinə 320,1 milyon manat, digər istiqamətlərə 222 milyon manat, energetika və sənaye sahəsinə isə 186,2 milyon manat ayrılıb.

Eyni zamanda, sosial sahə üzrə layihələrə 87,7 milyon manat, müdafiə və hüquq-mühafizə istiqamətinə 93,4 milyon manat vəsait istifadə olunub.

Xarici kreditlər hesabına 125 milyon manat xərclənib

Hesabat dövründə investisiya məqsədləri üçün xarici kreditlər hesabına istifadə edilmiş vəsaitin həcmi 125 milyon manat təşkil edib.

Ümumilikdə, 2026-cı ilin ilk doqquz ayında investisiya yönümlü xərclərin 3 milyard 899,5 milyon manatı digər əsaslı xərclərin payına düşüb.

Paylaş: