Reklam
Reklam
Reklam

Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

Ermənistan 2029-cu ildə keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransına (COP34) ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bununla bağlı ölkənin ətraf mühit naziri Hambartsum Matevosyan BMT rəsmisi Saymon Stilə müraciət edib.

PostNews xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

Ermənistanın ətraf mühit naziri Hambartsum Matevosyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşündə ölkəsinin COP34 konfransına ev sahibliyi etmək niyyətini açıqlayıb.

Görüş Türkiyənin Antalya şəhərində keçirilən COP31 konfransı çərçivəsində baş tutub.

Ermənistan COP34-ə ev sahibliyi etmək istəyir

Danışıqlar zamanı tərəflər, həmçinin İrəvanda keçirilmiş BMT-nin Biomüxtəliflik Konvensiyasının COP17 konfransının nəticələrini müzakirə ediblər.

Hazırda Ermənistanın 2029-cu ildə COP34-ə ev sahibliyi etməsi ilə bağlı yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, 2029-cu ildə keçiriləcək COP34 konfransına sədrliyin BMT-nin Şərqi Avropa Regional Qrupuna keçməsi nəzərdə tutulur.

Paylaş: