“PAŞA Kapital” İnvestisiya Şirkəti 2026-cı ilin yanvar–oktyabr aylarında 52 146 əməliyyat həyata keçirərək investisiya şirkətləri arasında birinci yeri tutub. Şirkət birja üzvlərinin ümumi əməliyyatlarının 49,85 faizini təmin edib, dövlət istiqrazları, səhmlər, Mərkəzi Bankın notları və korporativ istiqrazlar üzrə ticarət dövriyyəsinə görə də lider olub.
PostNews xəbər verir ki, “PAŞA Kapital” İnvestisiya Şirkəti 2026-cı ilin ilk 10 ayının nəticələrinə əsasən, Azərbaycanın kapital bazarında mövqeyini qoruyub.
Şirkət hesabat dövründə ümumilikdə 52 146 əməliyyat həyata keçirib. Bu göstərici ilə bütün investisiya şirkətləri arasında birinci yerdə qərarlaşan “PAŞA Kapital” birja üzvləri tərəfindən aparılan ümumi əməliyyatların 49,85 faizini təmin edib.
“PAŞA Kapital” dörd maliyyə aləti üzrə ilk yerdə qərarlaşıb
2026-cı ilin yanvar–oktyabr aylarının yekunlarına görə, şirkət bir neçə əsas maliyyə aləti üzrə ticarət dövriyyəsinə görə də bazarda birinci olub.
Şirkətin təqdim etdiyi məlumatda qeyd olunur ki, hesabat dövründə dövlət istiqrazları üzrə ticarət dövriyyəsi 2,73 milyard manat, bazar payı isə 65,21 faiz təşkil edib.
Digər maliyyə alətləri üzrə göstəricilər belə olub:
- Səhmlər: 1,5 milyard manat ticarət dövriyyəsi, 51,09 faiz bazar payı;
- Azərbaycan Respublikası Mərkəzi Bankının notları: 1,48 milyard manat ticarət dövriyyəsi, 43,74 faiz bazar payı;
- Korporativ istiqrazlar: 989,1 milyon manat ticarət dövriyyəsi, 37,92 faiz bazar payı.
Şirkətin açıqladığı nəticələr onun müxtəlif maliyyə alətləri üzrə ticarət fəaliyyətinin həcmini və kapital bazarındakı iştirakını əks etdirir.
“PAŞA Kapital”ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı 1548 nömrəsi vasitəsilə və ya şirkətin rəsmi internet səhifəsindən əldə etmək mümkündür: www.pashacapital.az.



