Reklam
Reklam
Reklam

“Akkuyu” AES-in birinci enerji blokunun fiziki işə salınması dekabrda planlaşdırılır

Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu” AES-in birinci enerji blokunun fiziki işə salınması dekabr ayında nəzərdə tutulub.

PostNews xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“TRT Haber”in məlumatına görə, nazir fiziki işə salınmanın sınaq-sazlama işləri başa çatdıqdan sonra həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.

“İşə salınma dekabr ayına planlaşdırılır, buna ümid edirik. Bütün sınaqların uğurla başa çatdırılması vacibdir”, – deyə Alparslan Bayraktar konkret tarix açıqlamadan bildirib.

“Rosatom” birinci enerji blokunun işə salınmasına hazırlaşır

“Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov da çərşənbə günü Minskdə jurnalistlərə açıqlamasında AES-in birinci enerji blokunun fiziki işə salınmasına bir addım qaldığını bildirib.

“Akkuyu” AES Türkiyənin ilk atom elektrik stansiyasıdır və Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən inşa edilir.

“Akkuyu” AES dörd enerji blokundan ibarət olacaq

Layihə Rusiya istehsalı olan VVER-1200 tipli 3+ nəsil reaktorlarla təchiz edilmiş dörd enerji blokunu əhatə edir.

Hər bir enerji blokunun gücü 1 200 meqavat təşkil edəcək. Beləliklə, stansiyanın layihə üzrə ümumi gücü 4 800 meqavat olacaq.

Birinci enerji blokunun fiziki işə salınması stansiyanın istismara verilməsi prosesində mühüm mərhələ hesab olunur. Bununla belə, fiziki işə salınma stansiyanın kommersiya istismarına başlaması demək deyil.

Paylaş: