Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak ediblər.
PostNews xəbər verir ki, noyabrın 11-də Antalyada keçirilən sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.
Tədbir “Anadolu atəşi” ansamblının təqdim etdiyi müxtəlif rəqs nömrələri ilə başlayıb.
COP31 Liderlər Sammitində dövlət və hökumət başçıları çıxış ediblər
Daha sonra BMT-nin Baş katibi Antoni Quterreş, Avstraliyanın Baş naziri Entoni Albaniz, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
COP31 Liderlər Sammiti noyabrın 11–12-də Antalyada keçirilir. Sammit çərçivəsində dövlət və hökumət başçılarının milli bəyanatları, yüksək səviyyəli müzakirələr və ikitərəfli görüşlər nəzərdə tutulub.



