Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gəlib.
PostNews xəbər verir ki, dövlət başçısını Antalyadakı Ekspo Mərkəzində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayıblar.
Daha sonra COP31 Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.



