Reklam
Reklam
Reklam

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Gəncədə CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Gəncədə yerləşən “Gəncə Mall” ticarət mərkəzindəki CineMastercard kinoteatrında Vətən müharibəsində şəhid olmuş keçmiş əməkdaş Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb. Anım mərasimi şəhidin vaxtilə çalışdığı kinoteatrda keçirilib.

PostNews xəbər verir ki, noyabrın 7-də keçirilən mərasimdə şəhidin anası Xatirə xanım, digər şəhid anaları, Gəncə Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının nümayəndələri, 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, eləcə də müxtəlif idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı məktəbli qız Səxavət Həsənova həsr olunmuş şeir səsləndirib.

Səxavət Həsənovun xatirəsi yad edilib

Anım mərasimində CineMastercard kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, “Gəncə Mall” ticarət mərkəzinin direktoru Şərif Ələkbərli və şəhidin anası Xatirə xanım çıxış ediblər.

Çıxışlarda Səxavət Həsənovun həyat yolundan, Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi fədakarlıqdan və onun xatirəsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs olunub.

Şəhidin xatirə lövhəsi onun vaxtilə işlədiyi kinoteatrın divarında yerləşdirilib.

İştirakçılar “44” filmini izləyiblər

Mərasimin sonunda iştirakçılar 44 günlük Vətən müharibəsindən bəhs edən “44” bədii filmini izləyiblər.

Paylaş: