2025-ci ildə Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 7,2 milyon ton yük daşınıb.
PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 1 faiz çoxdur.
Hesabat ilində muxtar respublikanın nəqliyyat sektorunda 48,012 milyon sərnişin daşınıb ki, bu da 2024-cü ildəki göstəriciyə nisbətən 1,3 faiz artım deməkdir.
