Reklam
Reklam
Reklam

Kəlbəcərin iqtisadiyyatı 30 dəfədən çox böyüyərək 1,5 milyard manatı ötüb

Son 5 ildə Kəlbəcər rayonunun iqtisadiyyatının əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 30 dəfədən çox artaraq 1,5 milyard manatı ötüb. Eyni dövrdə rayonun sənaye potensialı 150 milyon manatdan yüksək səviyyəyə çatıb.

PostNews xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Kəlbəcərin iqtisadi göstəriciləri 30 dəfədən çox artıb

Vüqar Bayramovun sözlərinə görə, son 5 ildə Kəlbəcər Cənubi Qafqazın iqtisadi baxımdan dinamik inkişaf edən yaşayış məntəqələrindən birinə çevrilib.

Deputat bildirib ki, 2020-ci ildə rayonun iqtisadiyyatının əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 49 milyon manat təşkil etdiyi halda, hazırda bu göstərici 1,5 milyard manatdan çoxdur.

Kəlbəcərdə sənaye potensialı 150 milyon manatı ötüb

Deputat sənaye sahəsində də əhəmiyyətli artım qeydə alındığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ildə Kəlbəcərdə cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edilib. Hazırda isə rayonun sənaye potensialı 150 milyon manatdan yüksəkdir.

Kəlbəcərdə tikinti sektoru 165 dəfə böyüyüb

Vüqar Bayramov bərpa və yenidənqurma işlərinin rayonun tikinti sektorunun inkişafına ciddi təkan verdiyini bildirib.

Bərpa işləri iqtisadi fəallığı artırıb

Deputatın sözlərinə görə, son 5 ildə Kəlbəcərdə tikinti sektoru 165 dəfə böyüyüb.

O qeyd edib ki, bu göstərici qlobal miqyasda bir yaşayış məntəqəsi üçün rekord göstəricilərdən biri hesab olunur.

Paylaş: