İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) fevralın 18-də 9 bölgədən hərraca çıxarılacaq torpaq siyahısını açıqlayıb.
PostNews xəbər verir ki, bu barədə məlumat dövlət xidmətindən əldə olunub.
Məlumata görə, hərracda Saatlı, Sabirabad, Neftçala, Ağdaş, Göyçay, Goranboy, Qazax, Beyləqan və Şəkidə yerləşən torpaq sahələrinin və 1 fərdi yaşayış evinin satışı həyata keçiriləcək.
Qeyd olunub ki, müsabiqə və hərraca çıxarılmış bələdiyyə torpaqları ilə bağlı əlavə məlumat almaq üçün müvafiq bələdiyyəyə müraciət etmək mümkündür.

