2026-cı ilin yanvarın 1-nə ölkənin valyuta ehtiyatları 11,515 milyard ABŞ dolları təşkil edib.
PostNews Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin dekabrın 1-i ilə müqayisədə 81,1 milyon dollar və ya 0,7% artım deməkdir.
Eyni zamanda, son bir il ərzində AMB-nin valyuta ehtiyatları 555,4 milyon dollar, yəni 5,1% artaraq stabillik nümayiş etdirib.

