• Haqqımızda
  • Əlaqə
Şənbə, Fevral 21, 2026
Post News
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
Post News
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Azərbaycan şirkəti beynəlxalq sertifikatlaşdırma üzrə LRQA Turkey ilə tərəfdaş oldu

300 illik tarixi olan şirkətlə saziş imzalandı

12 Fevral, 26 / 14:17
A A
Azərbaycan şirkəti beynəlxalq sertifikatlaşdırma üzrə LRQA Turkey ilə tərəfdaş oldu

Beynəlxalq sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən LRQA Turkey ilə Azərbaycanda fəaliyyət göstərən “Vecon Consulting” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə PostNews-a AQC İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Bildirilir ki, razılaşmaya əsasən, “Vecon Consulting” LRQA Turkey-in satış agenti qismində fəaliyyət göstərəcək.

Saziş çərçivəsində “Vecon Consulting” yeni müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət aparacaq və sertifikatlaşdırma xidmətlərinin təşviqində iştirak edəcək. Sertifikatlaşdırma müqavilələri isə birbaşa LRQA tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, LRQA-nın tarixi kökləri 1760-cı ildə Londonda yaradılmış və dünyanın ilk gəmi təsnifat cəmiyyəti kimi tanınan Lloyd’s Register (LR) təşkilatına dayanır.

Keyfiyyət təminatı və idarəetmə sistemlərinin qiymətləndirilməsi istiqamətində ayrıca struktur isə 1985-ci ildə formalaşdırılıb. Həmin ildə Lloyd’s Register-in tərkibində Lloyd’s Register Quality Assurance (LRQA) bölməsi yaradılıb və ISO 9000 kimi beynəlxalq idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılması üzrə fəaliyyətə başlayıb. İmzalanan əməkdaşlıq yerli biznes subyektlərinin beynəlxalq standartlara çıxış imkanlarını genişləndirəcək.

Tags: Azərbaycan biznesibeynəlxalq sertifikatlaşdırmabeynəlxalq standartlara çıxış.idarəetmə sistemləri auditiISO 9000keyfiyyət təminatıLRQA satış agentiLRQA Turkeysertifikatlaşdırma müqaviləsiVecon Consulting
Previous Post

Bakıda “Türkiyə–Azərbaycan Ticarət Nümayəndə Heyəti və B2B Görüşləri” keçiriləcək

Next Post

Azərbaycanın yeni rəqəmsal arxitekturası – ölkəmizin etibarlı və balanslı siyasəti

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
VÖEN-i: 1904726912
Domen adının sahibi; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Məsul redaktorun soyadı, adı və atasının adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan; Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Gültəkin Əsgərova küçəsi, 1-ci döngə, ev 41
Əlaqə; 055 522-24-99 info@post-news.az
  • Haqqımızda
  • Əlaqə

© 2025 post-news.az  Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı

© 2025 post-news.az  Bütün hüquqları qorunur.