2025-ci il üzrə Azərbaycan dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 8,068 milyard manat təşkil edib ki, bu göstərici 2024-cü illə müqayisədə 1,506 milyard manat və ya 22,9 faiz çoxdur.
PostNews xəbər verir ki, məlumat Maliyyə Nazirliyindən əldə edilib.
Hesabat ilində digər funksional xərclər isə belə olub:
- İqtisadi fəaliyyət xərcləri – 7,580 milyard manat,
- Təhsil xərcləri – 4,618 milyard manat,
- Sosial müdafiə və sosial təminat xərcləri – 4,5544 milyard manat,
- Ümumi dövlət xidmətləri xərcləri – 4,4561 milyard manat,
- Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri – 2,9199 milyard manat,
- Əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər – 2,7868 milyard manat,
- Səhiyyə xərcləri – 1,2753 milyard manat,
- Kənd təsərrüfatı xərcləri – 1,1209 milyard manat,
- Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyət xərcləri – 527,3 milyon manat,
- Ətraf mühitin mühafizəsi xərcləri – 374,2 milyon manat,
- Mənzil və kommunal təsərrüfatı xərcləri – 322,5 milyon manat.
2024-cü illə müqayisədə 2025-ci ildə müəyyən sahələr üzrə xərclər belə artıb:
- Sosial müdafiə və sosial təminat xərcləri – 403,3 milyon manat və ya 9,7 faiz,
- Ümumi dövlət xidmətləri xərcləri – 341,1 milyon manat və ya 8,3 faiz,
- Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər – 30,3 milyon manat və ya 6,1 faiz,
- Təhsil xərcləri – 228,2 milyon manat və ya 5,2 faiz,
- Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri – 110,1 milyon manat və ya 3,9 faiz,
- Ətraf mühitin mühafizəsi xərcləri – 12,3 milyon manat və ya 3,4 faiz,
- Kənd təsərrüfatı xərcləri – 25,1 milyon manat və ya 2,3 faiz,
- Mənzil və kommunal təsərrüfatı xərcləri – 3,0 milyon manat və ya 0,9 faiz.
Bu göstəricilər göstərir ki, 2025-ci ildə dövlət büdcəsində əsas artım müdafiə, milli təhlükəsizlik və sosial sahələr üzrə həyata keçirilib, digər sahələr isə nisbətən balanslı artım nümayiş etdirib.

