AİB regional inteqrasiya və logistika üçün yeni layihənin icra imkanlarını araşdırır

Mətn Ölçüsü

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan və qonşu ölkələrin iştirakı ilə yeni regional inteqrasiya layihəsinin gerçəkləşdirilməsini nəzərdən keçirir.

PostNews banka istinadən xəbər verir ki, nəzərdə tutulan təşəbbüsün adı: “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd infrastrukturunun modernləşdirilməsi mexanizmi” (Borders Upgrades for Integration, Logistics, and Development Facility).

Layihə yalnız Azərbaycanla məhdudlaşmayıb; Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin Xalq Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan da layihəyə daxildir.

AİB bildirir ki, layihə üzrə nəzərdə tutulan maliyyələşdirmə həcmi 50 milyon ABŞ dollarıdır. Hazırkı mərhələdə isə layihənin icra mexanizmləri, müddətləri və ölkələr üzrə komponentləri barədə əlavə detallar açıqlanmır.

Layihə regionda logistika, sərhəd keçidləri və inteqrasiya sahəsində potensial inkişaf imkanlarını artırmaq məqsədi daşıyır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti