Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Bakıda keçirilən mətbuat konfransında 2025-ci ilin yekunlarına və 2026-cı il üçün planlara dair açıqlama verib.
PostNews xəbər verir ki, onun sözlərinə görə, bu il regionlarda Hacıqabul və Göycay, Bakıda isə Xəzər və Xətai rayonlarında yeni Sosial Xidmət Mərkəzləri istifadəyə veriləcək.
2025-ci il ərzində ümumilikdə 672 nəfərə sosial reabilitasiya xidməti göstərilib, onlardan 622 nəfəri uşaqdır. Mərkəzlərdə xidmətlərdən yararlanan şəxslər üçün il ərzində keçirilən 95 maarifləndirici təlim və inklüziv mədəni tədbirdə 1 686 nəfər iştirak edib, eləcə də 274 nəfərə sosial-məsləhət yardımı göstərilib.
Vüqar Behbudov bildirib ki, xidmətlərdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə, Agentliyin regional filiallarına və DOST mərkəzlərinə müraciət edə bilərlər.

