Reklam
Reklam
Reklam

Azərbaycan və Rusiya sənaye və ticarət sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarətin artırılması və sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

PostNews xəbər verir ki, müzakirələr İqtisadiyyat Nazirliyində nazirin birinci müavini Elnur Əliyevin Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov və Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşündə aparılıb.

Oleq Korobçenko Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

İkitərəfli ticarətin artırılması imkanları müzakirə olunub

Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, eləcə də iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlığın inkişaf etdirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlıq

Müzakirələr zamanı sənaye, o cümlədən maşınqayırma və emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub.

Bununla yanaşı, tərəflər birgə sənaye zonası üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Paylaş: