2026-cı ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1098,7 min nəfər olub

Mətn Ölçüsü

Dövlət Statistika Komitəsi bildirib ki, ilkin məlumatlara əsasən, 2026-cı ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1098,7 min nəfər olub və ölkə əhalisinin 10,7 faizini təşkil edib.

PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, həmin dövrə 471,1 min nəfər aylıq sosial müavinət, 406,6 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.

2025-ci il ərzində, məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 155,4 min nəfər təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti