2025-ci ilin yanvar–noyabr aylarında 88135 körpə dünyaya gəlib

Mətn Ölçüsü

Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ilin yanvar–noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88135 doğulan körpə qeydə alınıb.

PostNews xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə azalıb və əhali başına hər 1000 nəfərə düşən körpə sayı 10,1-dən 9,4-ə enib.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Statistikaya əsasən, doğulan körpələrdən 2930-u əkiz, 93-ü isə üçəm olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti